Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10
Keçən həftə dərc etdiyimiz parça əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin "Çərpələng uçuran" romanından idi.

"Oxu zalı"na göndərilən cavablar arasında Paulo Koelyonun "Kimyagər", Orxan Pamukun "Qara kitab" və Pərviz Cəbrayılın "Yad dildə" romanlarının adları da var idi.

Düzgün cavabı isə Validə Səlimova adlı oxucumuz yollayıb.

Qalibi təbrik edir və bu həftənin sualını elan edirik.

Bu, hansı əsərdəndir?

"...Keçən məktubumda necə öldüyümü, daha doğrusu yolun kənarındakı xəndəkdə uzanıb qaldığımı yazmışdım. Əsl həngamə bundan sonra başlandı. Yoldan ötüb keçənlərin hamısı başıma toplandı. Onlardan biri:
- Biz nə təhər adamlarıq, - deyə bağırdı, - gözümüzün qabağında adam ölür, heç kəsin tükü də tərpənmir.
Başqa birisi:
- Düzdür, - dedi, - yalan deyirəmsə, namussuz olum, məmləkətdə insan qalmayıb, Burda bu qədər adam toplanıb, amma içində bir insan övladı yoxdur ki, bu yazığa kömək eləyə.
- Bəs sən niyə kömək eləmirsən, sən insan övladı deyilmisən..."


Cavabınızı bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibinin adını isə gələn həftənin bazar ertəsi elan edəcəyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG