Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:43

Azərbaycanda Gənclər Paytaxtı hara olsun?


Yanvar ayının 31-nə qədər Azərbaycanda Gənclər Paytaxtı seçkisi keçirilir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında bu barədə xüsusi bənd var. Dövlət Proqramına əsasən hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. “Gənclər Paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

“Gənclər Paytaxtı” internet səsvermə vasitəsinə əsasən gənclər tərəfindən seçilmiş Azərbaycanın bir şəhər və ya rayonudur.

Səsvermə bunun üçün xüsusi yaradılmış sayt vasitəsilə həyata keçirilir www.genclerpaytaxti.az. Bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər.

2012-ci ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan 51 şəhər və rayonlar daxil edilib. Onlar Azərbaycanın regionları üzrə göstərilib. Hər regionun daxilində şəhərlər (rayonlar) əlifba sırasına görə ardıcıllıqla düzlənib.

Bakı şəhəri səsvermədə iştirak etmir.

Azərbaycanın Gənclər Paytaxtının adı 2 fevral Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi elan ediləcək.

Avropa məkanında Gənclər Paytaxtı seçmək təcrübəsi ilk dəfə 2009-cu ildə başlayıb. İndiyədək Avropada Rotterdam (Niderland), Turin (İtaliya), Antwerp (Belçika) Avropa Gənclər Paytaxtı olub.

2012-ci ildə bu estafet Braga şəhərinə (Portuqaliya) ötürülüb. 2013-cü ildə Maribor (Sloveniya), 2014-cü ildə isə Thessaloniki (Yunanıstan) bu missiyanı daşıyacaq.
XS
SM
MD
LG