Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

Nazirlik intihara cəhd edən gəncin sağlam olduğunu deyir


​«Yanvarın 4-də Dənizkənarı Milli Parkda intihara cəhd edən Zaqatala sakini Pərviz Mikayılov həm psixi, həm də fiziki cəhətdən tam sağlam olub».

Bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov «APA»ya açıqlamasında deyib.

O, xarici medianı qeyri-dəqiq informasiya yaymaqda ittiham edib:

«Pərviz Mikayılov həkim və psixoloq tərəfindən müayinə edilib, səhhətində heç bir problem aşkarlanmayıb».

Ehsan Zahidov deyib ki, Pərviz Mikayılov indiyə qədər 4 dəfə məhkumluq həyatı yaşayıb:

«Sonuncu dəfə 2011-ci il dekabrın 12-də Zaqatalada xuliqanlıq hərəkəti törədib, barəsində cinayət işi başlanıb... P.Mikayılov intihara cəhd etməklə istintaqdan yayınmaq, törətdiyi əməlləri pərdələmək istəyib» - deyə nazirlik rəsmisi bildirib.

Xarici media yazır

Eurasianet.org: İntihar etmək istəyən həbsə düşdü

Günün bütün mövzuları

XS
SM
MD
LG