Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Cəlilabadda 3 nəfərin ölümüylə nəticələn qəza baş verib


Cəlilabadda 3 adamın ölümüylə nəticələnmiş yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yanvarın 7-də saat 13:20 radələrində Ələt-Astara magistralının 141-ci kilometrliyində - Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verib.

Astara istiqamətində hərəkət edən «NOVO» markalı yük maşını qarşıdan gələn «VAZ-21099» markalı avtomobillə toqquşub. Nəticədə, «VAZ-21099»-da olan 3 nəfər hadisə yerindəcə ölüblər.

Müstəntiqin sözlərinə görə, qəza «VAZ-21099» markalı avtomobilin sürücüsünün səhvi ucbatından baş verib.

Faktla bağlı araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG