Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

Əfqanıstanın istintaq komissiyası ABŞ hərbçilərini ittiham edib


Əfqanıstanın istintaq komissiyası ABŞ hərbçilərini Baqram həbsxanasında məhbusları ələ salmaqda ittiham edib.

Bu həbsxana Baqramdakı ABŞ bazasında yerləşir.

Komissiyanın rəhbəri Gul Rahman Kazi şənbə günü Kabildə keçirilmiş mətbuat konfransında məhbusların kameraların soyuqluğu, işiğın olmaması və alçaldıcı axtarışlardan şikayət etdiklərini deyib.

Prezident Hamid Karzainin yaratdığı komissiya Birləşmiş Ştatları bu hıbsxanadakı məhbusların hamısını Əfqanıstan hökumətinin nəzarətinə verməyə çağırıb.

Yaxın vaxtlarda həbsxananın Əfqanıstan hökumətinə veriləcəyi gözlənilir.
XS
SM
MD
LG