Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

Pravoslavlar Milad bayramını qeyd edirlər


Dünya pravoslavları Milad bayramını-İsa peyğəmbərin doğum gününü qeyd edirlər.

İsa Peyğəmbərin doğulduğu Betlehem şəhərinə dünyanın müxtəlif ölkələrindən minlərlə adam gəlib.

Bu şəhər Fələstində-İordan çayının qərb sahilində yerləşir.

Moskvada Rusiya Pravoslav Kİləsinə 5 minədək adam yığılıb.

Mərasimdə prezident Dimitri Medvedev də iştirak edib.

Moskva və bütün Rusiyanın patriarxı Kirill mömünləri təbrik edib, dua oxuyub.

Kataliklər bu bayramı dekabrın 25-də qeyd edirlər.
XS
SM
MD
LG