Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:19

«Neolit» restoranında atəş açan şəxs həbs edilib


Yanvarın 2-də «Neolit» restoranının qarşısında odlu silahla 1 nəfərə xəsarət yetirən Bakı sakini Şahin Hüseynli saxlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Silah tətbiq etməklə xuliqanlıqda ittiham olunan Şahin Hüseynli barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Şahin Hüseynli avtomobilini restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Bundan sonra o, avtomobilinin yük yerində gəzdirdiyi qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Restoranda istirahət edən insanlar vahiməyə düşərək restoranı tərk edib. Bu zaman foyedə olan bir nəfər atəş nəticəsində müxtəlif xəsarətlər alıb.

Cinayət işi üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG