Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Ban Ki Moon İranla Qərb arasındakı gərginliyi azaltmağa çağırıb


BMT-nin baş katibi Ban Ki Moon Tehranın nüvə proqramına görə, İranla Qərb ölkələri arasındakı gərginliyi azaltmağa çağırıb.

O İranın nüvə silahı üzərində işləməsinin mümkünlüyü ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatından ciddi narahat olduğunu bildirib.

Ban Kİ Moon bildidirb ki, İran hakimiyyəti sübut etməlidir ki, onun nüvə proqramı yalnız dinc məqsədlər üçün nəzərdə tutulub.

ABŞ və bir sıra ölkələr İrana qarşı sanksiyaları yenidən kəskinləşdiriblər.

Tehran isə buna cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyir.

Dünyada dəniz yolu ilə daşınan neftin 1/3-i bu boğazdan keçir.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran İttihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG