Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Bakıda 12 dərəcə isti olacaq


Sabah - yanvarın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək.

Səhər duman, çiskin, axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava gündüz əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək .

Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. /Milli Hidrometeorologiya Departamenti/
XS
SM
MD
LG