Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:05

2 faizlik müxalifət, 170 milyonluq yolun dağılması...


Foto: Arxiv
Foto: Arxiv
«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlının fikirlərinə yer verib. M.Qurbanlı deyir ki, 2011-ci il Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisələrlə yadda qalıb. İcra katibinin müavini müxalifətin fəaliyyətinə də toxunub. Onun fikrincə, qarşıdurma yaratmaq istəyən narazı müxalifət kütlənin 2 faizini təşkil edir:

«Radikal müxalifət nümayəndələri Azərbaycana şər-böhtan atmaqdan bir növ ləzzət alırlar…».

«Exo» qəzeti yazır ki, yanvarın 1-dən 30-a kimi Azərbaycanda internet səsverməsi ilə «Gənclər paytaxtı»nı müəyyən edəcəklər. Nəticələr fevralın 2-də, Gənclər Günüdə elan olunacaq:

«Bu ildən başlayaraq Bakı istisna olmaqla hər il ölkənin bir şəhəri «Gənclər paytaxtı» elan ediləcək…».

«Ayna» qəzeti sual edir: «Avro durmadan ucuzlaşırsa... Neft Fondu avro rezervləri ilə nə edəcək?».

«Dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır. Artıq Ukrayna hökuməti dövlət rezervlərinin əhəmiyyətli hissəsinin qızılla saxlanmasına qərar verib. Azərbaycan Dövlət Neft Fondunun da yaxın zamanlarda avro ilə saxlanılan rezervlərin bir qismini qızıla çevirə bilər», - deyə qəzet yazır.

«Azərbaycan» qəzetində V.Əliyev imzası ilə Ziyalılar Forumunu tənqid edən fikirlər yayılıb. O, qeyd edir ki, Rüstəm İbrahimbəyov 2010-cu il mayın 7-də "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda İlham Əliyevi əvəzləyəcək adam tanımadığını və indiki siyasətçilərdən heç birini Azərbaycanın prezidenti rolunda görmədiyini bildirmişdi. Yarım il keçdikdən sonra, 2011-ci il dekabrın 28-də isə bəyan edir ki, bu hakimiyyət bizə lazım deyil...

2011-ci il dekabrın 29-da bir qrup şəxs toplaşıb mətbuat konfransı keçirdi. İbrahimbəyov orada hiddətlənib küçə ifadələri və bazar jarqonu ilə dövlətin rəhbərliyini təhqir etdi. Üstündən cəmi 8 gün keçəndən sonra, 2012-ci il yanvarın 6-da o, mətbuata müsahibəsində bildirdi: "Elə danışmalıyıq ki, heç kimin şəxsiyyətinə toxunulmasın.

Heç soruşan yoxdur ki, cənab İbrahimbəyov, iqtisadi və biznes maraqlarınız təmin olunanda niyə belə danışmırdınız? Elə ki, Şəhidlər xiyabanı ətrafında meşə massivini ələ keçirmək və orada ambisioz planlarınızı reallaşdırmaq cəhdiniz boşa çıxdı, qoşuldunuz Eldar Namazovun dəstəsinə.

Bəs, Eldar Namazovun özü necə, cəmiyyətdə bir ziyalı kimi qəbul olunurmu? Onun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum ziyalılığa yer saxlayıbmı? 1993-cü ildə özünü kimlərinsə qohumu kimi qələmə verib ümummilli lider Heydər Əliyevlə görüşmək üçün fürsət axtaran, məqsədə çatdıqdan sonra isə vəzifə alıb siyasi olimpin yaxınlığında məskən salan siz deyildiniz? Əgər keçmiş iş yoldaşlarınızın sizin haqqınızda nələr danışdığını və hansı faktları açıqladıqlarını eşitsəniz, tam əminliklə demək olar ki, utandıqdan bir daha cəmiyyət arasına çıxmazsınız!”

«Yeni Müsavat» qəzeti prezident İlham Əliyevin gedib-gəldiyi 170 milyonluq yolun dağıldığını yazır:

«Dünən məlum olub ki, cəmi iki il yarım əvvəl istifadəyə verilmiş Azadlıq meydanı-Zığ dairəsi-Hava limanı yolu təmirə bağlanıb. Beləliklə, 30 il istismar üçün hesablanmış, 1 kilometri az qala 15 milyona salınan yol cəmi iki il davam gətirə bilib və təmirə dayanıb».

Qəzet təmir işlərinin yanvarın 20-dək davam edəcəyini bildirir.

Vətəndaş Hərəkatı Forumunun rəhbəri Qurban Məmmədov iqtidara işləyənləri ifşa edəcək. «Azadlıq» qəzetinə müsahibəsində o, deyib ki, «Özünü müxalif elan edən bəzi partiya liderləri səhv mövqelərindən çəkilməsələr, onları adbaad ictimaiyyətə təqdim edəcəm…».
XS
SM
MD
LG