Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Sərnişinlər təyyarələrdə mobil telefondan istifadə edə biləcəklər


Foto: Arxiv

Foto: Arxiv

«Azərbaycan Hava Yolları»na məxsus təyyarələrdə mobil rabitədən istifadə aprel ayında mümkün olacaq.

Bu barədə «Trend»ə «Azerfon» şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Xidmət «Airbus»un 11 və «Boeing»in 4 təyyarəsinin göyərtəsində işə salınacaq. Səs rabitə xidmətləri, SMS və məlumatötürmə xidmətlərindən istifadə etmək mümkün olacaq.

Qiymət isə operatorun rouminq xidmətləri üzrə tariflərinə müvafiq olacaq.

Layihənin icrası üçün «Azerfon» «Azərbaycan Hava Yolları» QSC və İsveçrənin «OnAir» şirkəti ilə saziş imzalayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG