Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38
"CAN BAKI"dan GÜNÜN GÜLMƏCƏSİ


SPASİBO ZEYNALABDİN


(Manaf Süleymanovun ruhuna sayğılarla)


Bu lətifəyə bənzəyən əhvalat 100-110 il öncə neft Bakısında baş verib.

O zamanlar adamlara ləqəb qoymaq adət imiş. Bakıda Zeynalabdin deyilən bir kişi varmış. Ləqəbi yoxmuş.

İçərişəhərli Zeynalabdin çar hökumətinin ona-buna medal verdiyini görüb padşaha bir şey bağışlayıb medal almaq xəyalına düşür.

Gəlir Bakı qubernatorunun yanına.

Deyir, İçərişəhərdəki karvansaramı padşahın uşaqlarına bağışlayıram.

Qubernator qayıdır ki, padşahın uşaqları nə günə qalıb ki, sənin xaraba karvansarana göz diksin?

Zeynalabdin deyir ki, mən padşahın uşaqları deyəndə, soldatları nəzərdə tuturdum. Elə onlar da padşahın balalarıdır da...

Qubernator Zeynalabdinin xahişini göndərir Peterburqa - padşaha.

Zeynalabdin də hər gün qubernatorluğa gəlib padşahdan cavab gözləyir.

Günlərin birində qubernator Zeynalabdinə deyir ki, artıq əlahəzrətdən cavab gəlib. Get karvansaranı boşalt, təmizlə, bir-iki günə soldatları ora köçürəcəyik.

Zeynalabdin sevincək soruşur ki, bəs əlahəzrət mənə nə lütf edib?

Qubernator kağıza bxıb deyir: ”Sənə də spasibo yazıbdır”.

O vaxtdan İçərişəhərdə kişini “Spasibo Zeynalabdin” çağırırlar...

Şərhləri göstər

XS
SM
MD
LG