Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

Ziyalılar Forumu yer üçün «Hyatt Regency» hotelinə müraciət edib


Ziyalılar Forumu toplantı keçirmək üçün yenidən «Hyatt Regency» hotelinin rəhbərliyinə müraciət edib.

«Azərbaycan Naminə» İctimai Birliyin rəhbəri Eldar Namazov deyib ki, hotelin rəhbərliyi rəsmi cavab üçün bir neçə gün vaxt istəyib.

Ziyalılar Forumu 2011-ci il dekabrın 29-da «Hyatt Regency»in «Bakı» zalında yığıncaq keçirmək istəyib. Ancaq işıqlar sönüb. Hotel rəhbərliyi bunu binanın elektrik sistemində qəza ilə izah edib. Təşkilatçılar isə baş verənləri hakimiyyətin toplantıya mane olması kimi qiymətləndiriblər.

Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG