Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Ciddi-cəhdlə 2012-ci il Olimpiya Oyunlarına hazırlaşan Ibtijah yarışların Ramazana təsadüf edəcəyindən çəkinmir

2012-ci il London Olimpiadasında Birləşmiş Ştatları müsəlman qılıncoynadanı təmsil edə bilər. Əgər İbtihaj Muhammad yarışma iştirakçılarının sırasına düşə bilsə, onda o, qılıncoynatma üzrə qadınlar arasında ilk müsəlman idmançı olacaq. Həm də meydançaya hicabla çıxan ilk xanım.

Hazırda İbtihaj Muhammad həftədə 40 saat məşq edir. Xanım etiraf edir ki, həm də etiqadı baxımından Olimpiya oyunlarında iştirak etmək, qalib çıxmaq arzusundadır:

Ibtihaj Muhammad (soldan birinci), Pan America Oyunlarında (Guadalajara 2011-ci il) qızıl medala sevinir

Ibtihaj Muhammad (soldan birinci), Pan America Oyunlarında (Guadalajara 2011-ci il) qızıl medala sevinir

“Uşaq ikən məni bu idman növündə maraqlandıran amillərdən biri – idmançıların uzunqollu köynək və uzun şalvar geyməsi idi. Bilirdim ki, İslam qaydalarına uyğun gələn forması olan idmanı tapmaq çətin olacaq”.

Əvvəllər futbol, voleybol, tennislə məşğul olan İbtihaj 12 yaşından sonra qılıncoynatmaya meyl göstərib. Ciddi-cəhdlə 2012-ci il Olimpiya Oyunlarına hazırlaşan müsəlman xanım yarışmaların Ramazana təsadüf edəcəyindən çəkinmir:

“Artıq bir dəfə Ramazan vaxtı təlim baza toplantısında olmuşam. Axşama qədər ac-susuz qalmaq problem yaradırdı. Axı orqanizm uzun müddət susuz qalanda yaralar gec sağalır, əzələlər gərginləşir. Amma bu məsələ məni qəti qorxutmur. Oruc – mənim həyatımın bir hissəsidir”.

İbtihaj anlayır ki, hicabla döyüş meydanına çıxması diqqətdən kənarda qalmayacaq, nə qədər olmasa da, insanlar onun müsəlman olmasına adi yanaşmayacaqlar. Məhz buna görə də qılıncoynadan xanım olimpiadaya gedib qələbə qazanmaq istəyir:

“Əgər bu idman mənim etiqadıma mane olsaydı, onunla məşğul olmazdım”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG