Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:06

Romaya və Milana "həm ziyarət, həm ticarət"


Arxiv foto. Roma.
Arxiv foto. Roma.
Azərbaycanın «Silk Way Travel» (SW Travel) aviaşirkəti İtaliyanın Roma və Milan şəhərlərinə səyahəti və alış-verişi nəzərdə tutan «Həm ziyarət - Həm ticarət» proqramına başlayıb.

Yanvarın 5-dən start verilən proqram çərçivəsində müştərilər Roma və Milanın satış mərkəzlərində Milad endirimlərindən yararlana bilərlər.

Milad endirimləri zamanı müştərilər Milanın satış mərkəzlərində malları 70%-dək endirimlə əldə edə bilər.

Şirkətin məlumatına görə, fevralın 24-dək davam edəcək proqram çərçivəsində bir nəfərin Romada 5 ulduzlu oteldə, iki nəfərlik otaqda yerləşməsi 275 avrodan başlayan qiymətlərə başa gəlir. Qiymətə 3 gecəlik otel və səhər yeməyi daxildir.

Aviabilet, viza və transfer xərcləri isə bura daxil deyil və əlavə ödənilir.

Milana turun qiyməti isə bir nəfər üçün (iki nəfərlik otaqda qalmaqla) 681 avrodan başlayır.

Bura «AZAL» aviaşirkəti ilə Bakı-Milan-Bakı istiqamətində birbaşa uçuş, müştərinin seçdiyi oteldə səhər yeməyi və gecələmə daxildir. Səfər zamanı transferlər, viza və tibbi sığorta xərcləri əlavə ödənilir.

Ancaq "Silk Way"in təklif etdiyi qiymətlərlə bağlı onu qeyd edək ki, məsələn, Milana getmək istəyən azərbaycanlı turist internetdən aviabileti (400 avro) və oteli (3 sutkaya 3x90avro=270avro) özü sifariş versə, "həm ticarət, həm ziyarət" ona elə eyni qiymətə başa gəlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG