Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

Guardiola – 2011`in “Ən yaxşı klub məşqçisi”dir


Josep Guardiola UEFA Çempionlar Liqasının Kubokunu qaldırır, Roma, 27 May 2009

Josep Guardiola UEFA Çempionlar Liqasının Kubokunu qaldırır, Roma, 27 May 2009

İspaniyanın “Barcelona” klubunu çalışdırıcısı Josep Guardiola 2011-ci ilde Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) tərəfindən "Dünyanın ən yaxşı klub məşqçisi" seçildi.

Siyahıda 2-ci yeri Jose Mourinho (“Real Madrid”), 3-cü yeri isə - Alex Ferguson (“Manchester United”) tutdu.

Əvvəlki günlər ərzində:

İker Casillas (“Real Madrid” və İspaniya yığması) "Dünyanın en yaxşı qapıçısı"i elan edildi. Burada 2-ci – Manuel Neuer (“Bayern” və Almaniya), 3-cü isə Victor Valdes (“Barcelona” və İspaniya) oldu;

Xavi (“Barcelona” və İspaniya) – 2011 il üzrə "Dünyanın en yaxşı playmaker"i oldu. Onun ardınca 2-ci Lionel Messi (“Barcelona” və Argentina) və 3-cü Andres İniesta (“Barcelona” və İspaniya) gəlir;

2011-ci ildən “Dünyanın ən yaxşı milli komanda çalışdırıcısı” isə Uruqvay yığmasının baş məşqçisi Oscar Tabarez elan edildi. İFFHS səsverməsində 2-ci yeri İspaniya yığmasının çalışdırıcısı Vicente del Bosque, 3-cü yeri isə Almaniyanın baş məşqçisi Joachim Löw tutdu.

Səsvermə 81 ölkənin futbol yazarı və ekspertləri arasında aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG