Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

Çexiya Yuliya Timoşenkonun ərinə sığınacaq vermək fikrindədir


Ukraynanın həbsdə olan keçmiş baş naziri Yulya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenkoya Çexiya sığınacaq verəcək. .

51 yaşlı Aleksandr Timoşenko sığınacaq üçün keçən ilin dekabrında müraciət edib.

Çexiyanın xarici işlər naziri Karel Schwarzenberg Cesky Rozhlas Radiosuna deyib:

"Belə məlum olub ki, Daxili İşlər Nazirliyi sığınacaq vermək fikrindədir. Nazirlər kabinetinin iclasında fasilə olanda mən daxili işlər nazirindən soruşdum ki, bu, düzdürmü? Çünki heç kim mənimlə məsləhətləşməyib. O dedi ki, “bəli” və bu məsələ mənim üçün aydın oldu".

Yulya Timoşenko keçən il 7 il azadlıqdan məhrum edilib. O, 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur. Keçmiş baş nazir isə həbsinin siyasi sifariş olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG