Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:29

Janozen şəhərində seçki olmayacaq


Qazaxıstanın Janozen şəhərində parlament seçkiləri keçirilməyəcək. Qərarı bu gün Qazaxıstanın Konstitusiya Şurası çıxarıb.

Keçən il dekabrın sonlarında Janozen və qonşu Shetpe qəsəbələrində keçirilən etiraz aksiyaları zamanı 16 nəfər ölmüşdü, 100 nəfər yaralanmışdı. Hazırda bu ərazilərdə fövqəladə vəziyyət rejimidir.

Qazaxıstanda parlamentin aşağı palatasına seçki yanvarın 15-də keçiriləcək.
XS
SM
MD
LG