Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:27

Avropa Komissiyası Azərbaycana 500 min avro ayırır


Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda dövlət maliyyə siyasəti və idarəetmə sahəsində layihələrin reallaşdırılması üçün 500 min avro ayırıb.

Məqsəd Azərbaycanda demokratik təsisatların yaradılması və islahatların keçirilməsində vətəndaş cəmiyyətinin rolunun möhkəmləndirilməsi, dövlət maliyyə siyasəti idarəetmə sahəsində qeyri-hökumət subyektlərinin rolunun artırılmasıdır.

Qrant alınması üçün müraciətlər martın 9-dək qəbul olunur. Layihələrin icra müddəti 18-36 ay, tələb olunan qrantın məbləği isə maksimum 250 min avro olmalıdır. /apa/
XS
SM
MD
LG