Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Eurasianet.org: İntihar etmək istəyən həbsə düşdü


Yanvarın 4-də 28 yaşlı Zaqatala sakini Pərviz Mikayılov Paraşüt qülləsinə çıxaraq özünü atmaq istəyib. Bulvara toplaşanlar intihara cəhd edən şəxsi fikrindən daşındırmaq üçün Bakı Biznes Mərkəzinin şüşələrinə üzərinə «Həyatı Sev!» sözləri yazılmış plakatlar yapışdırıblar.

Əraziyə çağırılan psixoloq Paraşüt qülləsinə qalxıb. Onun səylərindən sonra oğlan qüllədən enməyə razı olub.

Eurasianet.org saytı yazır ki, bu hadisə Azərbaycanda psixi sağlamlıq məsələlərinə qeyri-adi münasibəti göstərdi:

«Bir gün sonra bu hadisəyə görə cinayət işi açılmasaydı, həmin hadisə adi bir intihar cəhdi olardı. Mikayılovu xəstəxanaya salmadılar. O, xuliqanlıqda təqsirli bilinib iki aylıq həbs cəzası aldı.

Belə görünür, Bakıdakı hakimin ağlına gəlməyib ki, intihar etmək istəyən gəncə psixiatrik müayinə lazım ola bilər. Əvəzində hakim ictimai asayişin qeydinə qalıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycanda psixi sağlamlığa dair nə dövlət siyasəti var, nə də bu siyasəti həyata keçirəcək idarə. Ancaq ölkədə ictimai asayişi pozmağa görə sərt qaydalar mövcuddur.

Bəlkə məhkəmə qərara gəlib ki, Azərbaycan həbsxanasında iki ay keçirmək müalicəyə bəs edər? Söhbət saxlanma şəraitinin ağır, bəzən həyat üçün təhlükəli olan həbsxanalardan gedir. Bu barədə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu hesabatlarında da qeyd olunur.

Yəqin Mikayılov cəzasını ağzınacan dolu, lazımi qidalanma, istilik və ventilyasiyanın olmadığı bu həbsxanalardan birində keçirsə, onun təzədən Paraşüt qülləsinə çıxmasına Bakı sakinləri təəccüblənməməlidirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG