Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi həbs olunub


İlker Başbuğ

İlker Başbuğ

2010-cu ilə qədər Türkiyə ordusunun baş qərargah rəisi olmuş general İlker Başbuğ yanvarın 5-də həbs olunub.

O, dövlət çevrilişi etmək planının hazırlanmasında və dövlət orqanlarının vəzifələrini yerinə yetirməsinə əngəl törətməkdə şübhəli bilinərək saatlarca davam etmiş sorğu-sualdan sonra həbs olunub.

İttiham budur ki, bir qrup hərbçi hakimiyyətdə olan İslami köklərə malik Ədalət və İnkişaf Partiyasını devirmək istəyib, aşağı rütbəli zabitlərin əliylə İnternet saytları yaradılıb və AKP-yə qarşı təbliğat aparılıb - məqsəd 2002-ci ilin seçkilərindən sonra AKP-ni devirmək olub.

Bashbug təcridxanaya aparılarkən jurnalistlərə deyib ki, prokurorluq onu terror təşkilatı yaratmaq və idarə etməkdə ittiham edir. O, ittihamı “tragikomik” adlandırıb.

Yüzlərlə insan, o cümlədən yüzdən çox hərbçi, jurnalist, alim hazırda həmin dövlət çevrilişi ittihimı ilə məhkəməsini gözləyir.

Ittiham edilənlər bildirir ki, bu iş ordunu gözdən salmaq və zəiflətmək üçün siyasi alətə çevrilib.

O ordu ki, vaxtilə böyük siyasi gücə malik olub

1923-cü ildə - Türkiyə Cümhuriyyəti qurulandan bəri 4 dövlət çevrilişi edib.

Vəkili İlkay Sezer Başbuğun fikirlərini mediaya çatdırıb: “General Başbuğ sual edir: mən mətbuat açıqlamaları və İnternet saytları vasitəsilə dövət çevrilişi etmək istəmişəm? 700 min nəfərlik orduya rəhbərlik edən bir adam üçün bu, çox ağır ittihamdır”.

Hərbi analitiklər düşünürlər ki, Başbuğun həbsindən sonra buna etiraz olaraq bir sıra yüksək vəzifəli zabitlər istefa verə bilər.

Bu günkü televiziya çıxışında prezident Abdulla Gül bildirib ki, “hamı qanun qarşısında bərabərdir”.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da cümə günü keçirdiyi mətbuat konfransında məsələni şərh edib:

Türkiyə - baş nazir Rəcəb Tayib Ərdoğan və İlker Başbuğ, 28 fevral, 2010

Türkiyə - baş nazir Rəcəb Tayib Ərdoğan və İlker Başbuğ, 28 fevral, 2010

“Türkiyə hüquqi dövlətdir. Davam edən məhkəmə prosesi haqqında qabaqcadan hökm vermək düzgün deyil. Mühüm olan budur ki, bu proses tezliklə başa çatsın və fərziyyələrə son qoyulsun. Hamı qanun qarşısında bərabərdir”.

Konstitusiya dəyişikliklərindən sonra

Bu ayın əvvəli isə Türkiyəli müstəntiqlər ölkə tarixində baş vermiş son dövlət çevrilişinin sağ qalan iki rəhbərinə qarşı ittiham irtəli sürüb, onlara əfv hüququ olmadan ömürlük cəza verilməsini tələb ediblər.

Bunlar 94 yaşlı general Kenan Evren və 86 yaşlı Tahsin Şahinkayadır.

Həmin dövlət çevrilişindən sonra 50 nəfər edam edilmiş, yüzlərlə insan həbs edilmiş, bir çoxuna işgəncələr verilmişdi.

Yalnız 2010-cu ilin Konstitusiya dəyişikliklərindən sonra çevrilişçilərə qarşı belə ittihamlar irəli sürmək mümkün olub.

İndi onlar barədə hökmü məhkəmə verməlidir.

“New York Times” hadisə ilə bağlı məqaləsində qeyd edir ki, bu, İslami köklərə malik hakim partiya ilə dünyəvi qüvvələr arasında nüfuz savaşının növbəti mərhələsidir. Ordu indiyəcən həmin dünyəvi qüvvələrin tərəfində olub...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG