Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

Avropa Birliyi İrana neft embarqosunu razılaşdırdı


İran prezidenti Mahmud Ahmedinejad Abdanda neftayırma zavodunda

İran prezidenti Mahmud Ahmedinejad Abdanda neftayırma zavodunda

-

RAZILAŞMA VAR, YEKUN QƏRARIN YANVARIN SONUNA QALDI


Avropa Birliyi İran neftinin idxalına embarqo qoymağa razılaşıb. Amma yekun qərarın detalları yanvarın sonunda açıqlanacaq.

Fransanın Xarici İşlər naziri Alain Juppe:

“Yanvarın 30-a Xarici İşlər nazirlərinin toplantısı var. Ümid edirik ki, o vaxta İrandan neft və neft məhsullarının alınmasına qadağa il bağlı qərar verə biləcəyik. Biz hazırda tədbirlər üzərində işləyirik və işlər yaxşı gedir”.

Avropa Birliyi Xarici siyasət rəsmisi Catherine Ashtonun sözçüsü Michael Mann AzadlıqRadiosuna deyib ki, embarqo qərarını vermək üçün onlar alternativ mənbələr tapmalıdırlar:

"Bəzi məsələlər var. Bu birbaşa həll olunası şey deyil. İrandan çoxlu neft alan bir çox ölkələr var, onlar alternativ mənbələr tapmalıdırlar. Üstəlik indi qənaət zamanıdır. Odur ki, bu məsələlər diqqətlə düşünülməlidir”.

ABŞ və Qərb dövlətləri artıq İranın nüvə proqramını dayanmağa məcbur etmək üçün Tehrana qarşı bir sıra sanksiyalar qəbul ediblər. BMT-nin də İrana qarşı 4 sanksiya paketi var. Amma sanksiyalara baxmayaraq İran hələ ki, mübahisəli nüvə proqramından vaz keçmək istəmir. Və proqramın hərbi məqsədli olmadığını iddia edir.

İRAN MÜHARİBƏDƏN DANIŞIR

İran bu gün bildirib ki, Qərb onlara qarşı iqtisadi müharibəyə başlayıb. İqtisadiyyat naziri Shamseddin Hosseini İRNA agentliyinə bildirib ki, “düşmənlər İran xalqına bata bilmədiyindən indi İran iqtisadiyyatına girişiblər”.

İranın dövlət gəlirlərinin 50 faizə qədəri neft ixracındandır. İran neftinin ən böyük alıcısı Çin olsa da, ixracın 18 faizi də Avropa Birliyinin payına düşür.

Ancaq İran rəsmiləri Avropa Birliyinin embarqosunun dövlət büdcəsinə təsir etməyəciyini iddia edirlər. Onlar deyirlər ki, İran neftinə tələbat çox böyükdür və Avropa Birliyi əvəzində Çin və Hindistana daha çox neft sata bilərlər.

Ancaq iqtisadçılar bildirirlər ki, embarqodan sonra İran Asiya ölkələrinə nefti daha ucuz satmağa məcbur olacaq.

ABŞ ÇİNİ DƏ SANKSİYALARA QOŞMAĞA ÇALIŞIR

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, embarqo qərarı çox ciddi məsləhətləşmələr nəticəsində verilib və bu qərarı alqışlayırlar:

“Bu cür addımları biz təkcə Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan deyil, bütün dünyadakı dövlətlərdən gözləyirik. Çünki İranın iqtisadi baxımdan sıxışdırmaq lazımdır və neft sektoruna təzyiq də İranın bu məsələni ciddiyə almasına səbəb olacaq”.

Nuland bildirib ki, gələn həftə Maliyyə naziri Timothy Geithner Çinə səfər edəcək və İran Mərkəzi Bankına qarşı ABŞ sanksiyalarının Çin tərəfindən də dəstəklənməsini müzakirə edəcəklər.

HÖRMÜZ BOĞAZINDA YENİ HƏRBİ TƏLİMLƏR

Avropa Birliyinin embarqo qərarından sonra Tehran Hörmüz boğazında yeni hərbi təlimlər keçirəcəyini açıqlayıb. Həftənin əvvəli boğazda yeni raketləri sınaqdan keçirən İran xəbərdarlıq eləyib ki, əgər İrandan neft ixracına qadağa qoyulsa Hörmüz boğazını bağlayacaqlar. Daha sonra Tehran bölgəyə ABŞ təyyarədaşıyan gəmiləri gəlsə, axırının pis olacağını bəyan edib.

Vaşinqton isə sanksiyaların artıq İranı zəiflətməkdə olduğunu bildirir və İran körfəzində hərbi donanmasının bundan sonra da gələcəyini vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG