Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32
“Bu bəyanatın Azərbaycanda təkcə təşkilatçısı mən olmuşam! Və işimi davam etdirəcəyəm!.. Müraciətdə adının göstərilməsini istəyənlərin əksəriyyətinin mənim e-poçtumda yazılı razılıqları var. Yəni söhbət online imzadan gedir, kağıza qələmlə qol çəkməkdən yox”.

Bunu filosof Ağalar Məmmədov bildirib (Qafqazinfo).

O, yazıçı Rafiq Tağının qətlinə etirazın ifadə olunduğu və 54 nəfərin imzası ilə mətuatda çap edilən bəyanatı müdafiə edib.

Son günlər həmin 54 nəfərdən bəziləri imzalarından imtina ediblər.

Məsələn, sabiq təhsil naziri, dilçi professor Firudin Ağasıoğlu “Yeni Müsavat”a deyib ki, bəyanata oxumadan imza atıb:

“Mənə yalnız o deyilmişdi ki, Rafiq Tağının 40 mərasimi ilə bağlı bir bəyanat hazırlanıb, onu göndərək baxın və imzalayın. Cavabım bu oldu ki, əgər bu müraciət Rafiq Tağının qətlinin açılması tələbi və hadisənin pislənməsidirsə, daha ona baxmağa nə ehtiyac var? Lakin bir gün sonra bəlli oldu ki, orada İslam dini ilə bağlı da mənim razılaşmadığım məqamlar var.

Əgər hansısa sektalara, missioner təşkilatlara, xurafata, din pərdəsi altında olan işlərə dair etirazdan söhbət gedirsə, mən də buna etiraz edirəm. Bunu normal hesab edirəm. Lakin mənim İslam dininə baxışım dostlarıma da bəllidir. Mən əlbəttə ki, İslam dinini zorla qəbul etməyimiz, ”tipik İslam terroru" kimi ifadələrin altından imza atmaram. Mənim inanclı insanlara da ehtiramım var. Təəssüf edirəm ki, həmin bəyanatı oxumamış orada imzamın olmasına razılıq vermişəm".

Müraciətdə imzası olan publisist-yazar Mehriban Vəzir “Yeni Müsavat”a açıqlamasında deyib ki, bəyanatın hansısa bir təxribat xarakteri daşımasını düşünmür:

“Biz İslam adından siyasət üçün istifadə edənlərə, İslam adından fətva verib sonra
Firudin Cəlilov

Firudin Cəlilov

Rafiq Tağının qətlini bayram edənlərə, ümumiyyətlə, insanların dindən kənar elan edilməsinə qarşıyıq.

Bir insan haqsızlığa, cəhalətə qarşı mübarizə aparırsa, maarifləndirmə ilə məşğuldursa, müsəlman bu deməkdir. Mən məsələyə bu prizmadan yanaşmışam.

Bəlkə bunun alt qatları da var, amma mən burada elə şeylər görmürəm”.

Professor Əli Abbasov isə qeyd edib ki, mətni imzalamaq üçün ona təqdim edəndə ona baxıb və müəyyən etirazlarını bildirib:

“Mən qeydlər etdim ki, oradakı bəzi məqamlarla razı deyiləm, amma ümumi şəkildə sənədə imza atdım. Mən dəyərlərə qarşı çıxmağın əleyhinəyəm, eyni zamanda baş vermiş hər hansı bir hadisəyə uyğun olaraq reaksiya da verilməlidir. İndiki halda mən baxıram ki, normal vəziyyət deyil.

Hazırda baş verən toqquşma intellektual toqquşma deyil. Çox təəssüf ki, ziyalılar da bununla bağlı bir söz demir.

Bu məsələ çox sakit şəkildə müzakirə edilməlidir, amma o yoxdur. Mən hesab edirəm ki, bu məsələ ətrafında diskussiya başlanılmalıdır”. (Yeni Müsavat)

Mövzuya dair mövqeyini soruşduğumuz keçmiş baş nazir Pənah Hüseyn isə “Yeni Müsavat”a bildirib ki, hər kəsin öz mövqeyini ifadə etmək hüququna hörmətlə yanaşır.

Eyni zamanda o, məlum bəyanatdakı fikirləri yanlış və zərərli hesab edir: “Xüsusən İslam dininin və mədəniyyətinin Azərbaycan xalqının tarixindəki rolu barədə yazılanlar heç bir elmi çərçivəyə sığmır.

Bunlar elmdə və ictimai şüurda çoxdan həll edilmiş məsələlərdir.

Bəyanatda imzası olan hörmətli alimlərimiz bilməmiş deyillər ki, dini inkarda
Əli Əkbər

Əli Əkbər

Marksdan, Nitşedən qabağa getmək heç də elmdə, təfəkkürdə irəliyə doğru getmək deyil, əksinə, geriyə qalmaqdır.

Bu kimi məsələlərdə Azərbaycan intellektuallarının əksəriyyəti İslamı milli-mənəvi dəyərlər kimi təbliğ edən Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, M. Ə. Rəsulzadə, Elçibəy bayrağı altında toplanmışlar. Məni narahat edən məsələ odur ki, Azərbaycan cəmiyyətində süni olaraq ”dünyəvilik" və “İslam təhlükəsi” mövzuları gündəmə gətirilir.

Bununla da demokratiya, siyasi dəyişikliklər və islahatlar məsələsi bilərəkdən, ya bilməyərəkdən ört-basdır edilir".

Bəyanata imza atan yazıçı Əli Əkbər isə Facebook-dakı səhifəsində yazıb:

“54 nəfərin bəyanatını imzalamışlardan biri, Firudin Cəlilov imzasını geri götürdüyünü deyib. Onu başa düşürəm. İslam terroru elə-belə söhbət deyil, onunla zarafat etmək olmaz. Adam qorxub və qorxusunda haqlıdır. Maraqlıdır ki, bir-bir adamlara zəng edərək imzalarını geri götürmələri yönündə təlqin fəaliyyəti yürüdən – “Azadlıq” və “Yeni Müsavat” qəzetləridir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG