Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

Araşdırma: Kişilər və qadınlar fərqli xarakterə malikdirlər


Foto: Arxiv
Foto: Arxiv
Kişilər və qadınlar həqiqətən bir-birindən çox fərqli xarakterə malikdirlər.

10 min nəfər üzərində aparılmış araşdırmadan sonra bu qənaətə gəlinib. Araşdırmanın nəticələrinə görə, hər bir cinsin özünəməxsus xarakteri var. Qadınlar daha həssas, istiqanlı və hissiyyatlı olurlar. Kişilər üçün isə əksinə, emosional sabitlik, dominantlıq, qaydaları dərketmə və ayıq-sayıqlıq daha xarakterikdir.

Buna qədər belə hesab olunurdu ki, qadınlarla kişilərin xarakteri arasında o qədər də böyük fərq yoxdur. Ancaq araşdırmadan məlum olur ki, kişilərlə qadınlar fərqli xarakterlərə malikdir. Onların yalnız 18 faizi qarşı cinsin xüsusiyyətlərini paylaşır.

Araşdırmanın müəlliflərindən biri - Mançester Universitetinin doktoru Paul Irwing deyir:

«Mühəndislik sahəsində çox az qadın tapa bilərsiniz. İndiyə qədər bunu fərdlərin xarakterləri ilə izah edə bilməzdiniz. Belə düşünülürdü ki, qadınlarla kişilər arasında fərq çox azdır. Ancaq bizim araşdırmamız bunu təkzib edir…».

Kişilər və qadınların əsasən eyni xarakterə malik olması barədə nəzəriyyənin müəllifi - professor Janet Hyde isə deyir ki, son araşdırmada istifadə edilən metod «izah olunmaz» nəticələrə gətirib çıxarıb.

O əlavə edib ki, mövcud stereotiplərə baxmayaraq, elmi sübutlar psixoloji keyfiyyətlərinə görə hələ də kişilərlə qadınların oxşar olduqlarını göstərir. / «Daily Telegraph» qəzeti /

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG