Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:50

2012-ci ildə Azərbaycan iqtisadiyyatına proqnozlar


İki əsas göstərici- Ümumi Daxili Məhsul və inflyasiya üzrə 2012-ci ildə Azərbaycan iqtisadiyyatına hansı proqnozlar verilir?

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi əsas qurumların verdiyi proqnozların cədvəlini düzəldib.



Qeyri-hökumət təşkilatı olan Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin fikrincə, Ümumi Daxili Məhsulun artımına Beynəlxalq Valyuta Fondunun gözlənilmədən verdiyi 7% proqnozu realistik görünmür. Çünki bu il Azərbaycanda neft istehsalı əvvəki ildəki 46 milyon tondan 44 milyona düşəcək. Dünya iqtisadiyyatında tənəzzül qeyri-neft sektorunda ixracın kəskin artmasına imkan vermir. Azərbaycan qitisadiyyatının neftdən asılılığı qalır və hətta arta bilər. Büdcənin 60 faizi Neft Fondundan gəlir.

Və nəhayət, aparılan iqtisadi islahatlar kəskin irəliləyişə zəmin yaratmayıb.

Ancaq ola bilər, BVF-nun proqnozu təbii qaz ixracının kəskin artacağına əsaslanır.

İnflyasiyaya gəlincə, Azərbaycan Mərkəzi Bankı inflyasiyanı birrəqəmli səviyyədə saxlayacağını elan edib. Bank bildirib ki, inflyasiya 6%-i keçməməlidir.

2011-ci ilin dekabrında Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 11% idi.

Dünyada iqtisadi vəziyyət kəskin pisləşməsə, Azərbaycanın xarici valyuta ehtiyatı manatın məzənnəsini nisbətən sabit saxlamağa imkan verməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG