Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40
«Martda amnistiya aktı qəbul edilə bilər».

Bunu AzadlıqRadiosuna Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov deyib. O xatırladıb ki, ölkənin birinci xanımı, deputat Mehriban Əliyeva belə təşəbbüslə 2 dəfə çıxış edib. Belə bir təşəbbüs növbəti dəfə də istisna edilmir.

«Bu məsələ Prezident Administrasiyasında müzakirə olunur, Ədliyyə Nazirliyi amnistiyaya düşəcək maddələrlə bağlı rəy verir. Yalnız bundan sonra qərar qəbul olunur. Ona görə indidən kim deyə bilər ki, amnistiya olsa, nə qədər adamı əhatə edəcək? Hansı maddələr düşəcək?..».

Komitənin başqa üzvü İqbal Ağazadə də AzadlıqRadiosuna deyib ki, mart ayı üçün amnistiya gözlənilir:

«Bunu məntiq deyir. Qarşıdan «Eurovision» müsabiqəsi gəlir».

Ombudsman Elmira Süleymanova da amnistiya təklifi ilə ötən ilin sonlarında prezidentə müraciət etmişdi.

1996-cı ildən indiyədək Azərbaycanda 9 amnistiya, 48 əfv fərmanı imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG