Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:50

Daxili uçuşlarda baqaja vurulan zərərin ödənməsində beynəlxalq qaydalara keçilib


Yanvarın 1-dən etibarən Azərbaycanın daxili aviareyslərində baqaja (yükə) vurulan zərərə görə aviadaşıyıcıların məsuliyyət həddinin müəyyən edilməsi haqqında yeni qərar qüvvəyə minib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, Administrasiyanın «Azərbaycana mənsub olan hava gəmilərinin istismarçıları (daşıyıcıları) tərəfindən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) vurulan zərərə görə daşıyıcıların məsuliyyət həddinin müəyyən edilməsi haqqında» əmri ilə 2012-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanın daxili hava xətlərində, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) daşındığı müddətdə vurulan zərərə görə daşıyıcının məsuliyyət həddi qüvvədə olan beynəlxalq Varşava Konvensiyasının müvafiq müddəaları ilə təyin edilmiş normalara (hər kiloqram üçün) bərabər tutulması müəyyən olunub.

Sözügedən əmrlə habelə Azərbaycanın mülki aviasiya sahəsində fəaliyyət göstərən daşıyıcılarına məsuliyyət həddi haqqında məlumatların hava daşımalarına aid qaydalarda və daşıma müqavilələrində əks etdirilməsi və vurulmuş zərərə görə ödəmələrin müəyyən edilmiş qaydada təmin edilməsi tapşırılıb.
XS
SM
MD
LG