Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Suriyada müşahidəçilərə işləmək imkanı verilmir


Suriya müxalifəti Milli Şurasının rəhbəri Burhan Golian bildirib ki, Suriyaya gələn Ərəb Dövlətləri Liqasının müşahidəçilərinin işi effektli deyil. O bildirib ki, onları BMT müşahidəçiləri əvəz etməlidir.

Suriya müxalifəti onu da bildirir ki, hakimiyyət müşahidəçilərə işləməyə imkan vermir.

Artıq bir həftədir Ərəb Dövlətləri Liqasının müşahidəçiləri Suriyadadır. Hüquq müdafiəçilərinin məlumatına görə, dünən Suriyada daha 3 nəfər öldürülüb.

BMT-nin rəqəmlərinə görə, keçən ilin mart ayından Bashar Assad əleyhinə keçirilən etiraz aksiyalarında 5 mindən artıq adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG