Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03
Amerika Kino sənəti və Elmlər Akademiyası “Oskar”a namizədləri müəyyənləşdirmək üçün səsvermə siyahılarını öz üzvlərinə yollayıb.

Akademiyanın 5 min 783 üzvü namizədlərin taleyini həll edəcək.

Səsvermənin nəticələrini PricewaterhouseCoopers adlı beynəlxalq auditor şirkəti hesablayacaq.

Bülletenlər ən geci yanvarın 13-də həmin şirkətə təhvil verilməlidir.

Bütün bölümlər üzrə nominantlar yanvarın 24-də açıqlanacaq.

“İlin mərasimi” – kinematoqrafiya sahəsində böyük uğurlara görə verilən qızıl heykəlciklər fevralın 26-da laureatlara təqdim olunacaq.

225 ölkə həmin mərasimdən birbaşa translyasiya təşkil edəcək.

Yanvarın 4-də Akademiya artıq vizual effektlər nominasiyası üzrə finalçıları - 10 filmlik qısa siyahısını elan edib:

“Captain America: The First Avenger”;
“Harry Potter and the Deathly Hallows: Part 2”;
“Transformers: Dark of the Moon”;
“X-Men: First Class.”
“Hugo”;
“Mission: Impossible — Ghost Protocol”;
“Pirates of the Caribbean: On Stranger Tides”;
“Real Steel”;
“Rise of the Planet of the Apes”;
“The Tree of Life.”

Akademiyanın vizual effektlər bölümü hər bir filmdən parçalara baxacaq və onların arasından 5 namizəd seçəcək.

Onlar yanvarın 24-də digər nominasiyalardan olan namizədlərlə birlikdə elan ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG