Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Da Vinçinin “Madonna…”sı tənqid edildi



The Virgin and Child with St. Anne
The Virgin and Child with St. Anne
Fransada Luvr muzeyinin 2 eksperti bu sənət ocağının nüfuzlu Məşvərətçilər Komitəsindən çıxdıqlarını bildiriblər.

Etirazın səbəbi Leonardo da Vinçinin “Madonna və müqəddəs Anna ilə körpə” rəsminin düzgün bərpa edilməməsidir.

Fransanın bütün dövlət muzeylərində bərpa işlərini yönəldən sənət biliciləri --Seqolen Berqeon Lanql və Luvrun rəngkarlıq şöbəsinin keçmiş baş qoruyucusu Jan-Pyer Küzinenin fikrincə, Da Vinçinin 500 yaşlı rəsminə parlaqlıq artıran bərpaçılar rəssamın niyyətini köklü dəyişikliyə uğradıblar.

Fransa, Türkiyə və Rusiya mediasında yer alan xəbərlərə görə, ekspertlər bərpa işlərinin gərəkli araşdırmalar aparılmadan gerçəkləşdirildiyini iddia edirlər.

Xatırladaq ki, “Madonna və müqəddəs Anna ilə körpə” rəsminin bərpasına daha öncələr də cəhd göstərilib.

Son restavrasiya 17 il əvvəl aparılsa da, daha sonralar Luvr muzeyi kimyəvi yayıcıların Leonardoya xas yumşaq fırçalamaya xələl gələ biləcəyini əsas tutaraq bu işi yeniləməyə qərar vermişdi.

Yanvarın 3-də ekspertlər son bərpa variantını təkrar dəyərləndiriblər. Yekun rəy tezliklə açıqlanacaq.
XS
SM
MD
LG