Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11
ABŞ-da bu il keçiriləcək prezident seçkisində Barack Obamanın rəqibi olamaq üçün mübarizə aparan Respublikaçıların namizədlərinin İowada iki qalibi məlum oldu.
123 min adamın iştirak etdiyi səsvermədən sonra Rick Santorum 29 min 968, Mitt Romney ise 29 min 964 səs qazanıb. Hər iki prezidentliyə namizəd 25 faiz səs yığıb. Ron Paul üçüncü olub.
Respublikaçıların namizədi avqust ayında bəlli olacaq. Həmin namizəd noyabr ayında keçriləcək prezident seçkisində Barack Obama ilə mübarizə aparacaq.

RESPUBLİKAÇILAR PARTİYASINDAN PREZİDENTLİYƏ NAMİZƏD MİTT ROMNEY LİDERLİK EDİR

ABŞ-ın Massacusets ştatının keçmiş qubernatoru Mit Romni (Mitt Romney) respublikaçılar partiyasından prezidentliyə namizədliklə bağlı Ayova ştatında keçirilmiş ilkin səsvermələrdə qalib gəlib.
O əsas rəqibi, keçmiş senator Rick Santorumu 8 səslə qabaqlayıb.
Romney çərşənbə axşamı ştatda çıxış edərkən bildirib ki, mıəqsədi prezident Obamanın dediyi kimi Amerikanı kökündən dəyişmək yox, amerikalıların yaratdığı prinsipləri bərpa etməkdir.
Texas ştatından olan konqresmen Ron Paul isə 21 səslə 3-cü olub.
Növbəti seçki gələn çərşənbə axşamı Nyu Hemşr ştatında keçiriləcək.
Şərhçilər burda da Romninin şansının daha çox olduğunu deyirlər.
XS
SM
MD
LG