Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:07

Suriya ABŞ-ı ittiham edir


Suriya Birləşmiş Ştatları Ərəb Dövlətləri Liqasının işinə qarışmaqda ittiham edib.

Suriya xarici işlər nazirliyinin sözçüsü Jihad Makdisi Birləşmiş Ştatları gərginliyi qızışdırmaqda günahlandrır.

ABŞ Dövlət Departamenti bəyanatdan əvvəl bildirib ki, dövlət katibinin Yaxın Şər məsələləri üzrə köməkçisi Jeffrey Feltman Ərəb Dövlətləri Liqasının üzvlərilə görüşmək üçün Qahirəyə yollanacaq.

Onun artıq günün sonunda Dəməqşdə olacağı, sabah isə danışıqlara başlayacağı gözlənilir.

Ərəb Dövlətləri Liqasının müşahidəçilər missiyası hazırda Suriyada iş aparır.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG