Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Kabil Talibanın Qətərdə siyasi büro açmaq istəyini dəstəkləyir


Rəsmi Kabil Talibanın sülh danışıqları üçün Qətərdə siyasi büro açmaq cəhdlərini dəstəkləyir.

Əfqanıstan prezidenti Hamid Karzai bildirib ki, rəsmi Kabil belə bir büronun açılmasıyla bağlı ABŞ-la Taliban arasında dialoqa qarşı deyil.

ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland bundan əvvəl bildirib ki, hələlik bizdə belə bir rəsmi məlumat yoxdur.

Amma bu Əfqanıstan müharibəsinin sülh yoluyla həllinə aparsa Birləşmiş Ştatlar belə bir addımı dəstəkləyəcək.

Taliban çərşənbə axşamı Qətərdə belə bir bironun açılmasıyla bağlı ilkin razılşama əldə olunduğunu bildirib.
XS
SM
MD
LG