Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:03

ATƏT-in Qazaxıstandakı missiyası Janaozen şəhərinə baş çəkə bilməyib


Qazaxıstanda növbəti parlament seçkisinə hazırlıq məsələlərini müşahidə edən ATƏT-in demokratik institutlar və insan haqları bürosunun nümayəndələri bu yaxınlarda kütləvi iğtişaşlar baş vermiş Janaozen şəhərinə baş çəkə bilməyiblər.

Amma missiyanın nümayəndələri qonşuluqdakı Aktau şəhərində region liderləri, prokurorluğun əməkdaşları və hüquq müdafiəçilərilə görüşüblər.

Prezident Nursultan Nazarbayev çərşənbə günü Janaozen şəhərindəki fövqəladə vəziyyəti yanvarın 31-dək uzadıb.

Bu günlərdə şəhərdə neftçilərin keçirdiyi etiraz aksiyası dağıdılarkən 16 adsm ölüb.

Qazaxıstanda növbəti parlament seçkisi yanvarın 15-16-sı keçiriləcək.
XS
SM
MD
LG