Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:27

İran Fars körfəzində yeni təlim keçirmək istəyir


İran Fars körfəzində yeni hərbi təlim keçirməyi planlaşdırır.

Bu barədə İranın rəsmi İRNA agentliyi ölkənun müdafiə naziri Ahmed Vahidiyə istinadla xəbər verir.

İran bu günlərdə Hörmüz boğazında hərbi təlimlər keçirib.

Ahmed Vahidi bildirib ki, İran Hörmüz boğazında təhlükəsizliyi təmin etmək fikrindədir və xarici qüvvələrin körfəzdə iştirakı region üçün təhlükədir.

İran rəsmiləri bundan əvvəl bildirmişdilər ki, əgər ölkəyə qarşı yeni sanksiyalar tətbiq edilsə, Tehran boğazı bağlayacaq.

Dünyada dəniz yoluyla daşınan neftin 1/3-i bu boğazdan keçir.
XS
SM
MD
LG