Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:53

Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romney liderlik edir


ABŞ-ın Massacusets ştatının keçmiş qubernatoru Mit Romni (Mitt Romney) respublikaçılar partiyasından prezidentliyə namizədliklə bağlı Ayova ştatında keçirilmiş ilkin səsvermələrdə qalib gəlib.

O əsas rəqibi, keçmiş senator Rick Santorumu 8 səslə qabaqlayıb.

Romney çərşənbə axşamı ştatda çıxış edərkən bildirib ki, mıəqsədi prezident Obamanın dediyi kimi Amerikanı kökündən dəyişmək yox, amerikalıların yaratdığı prinsipləri bərpa etməkdir.

Texas ştatından olan konqresmen Ron Paul isə 21 səslə 3-cü olub.

Növbəti seçki gələn çərşənbə axşamı Nyu Hemşr ştatında keçiriləcək.

Şərhçilər burda da Romninin şansının daha çox olduğunu deyirlər.
XS
SM
MD
LG