Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

«Sərhədsiz reportyorlar» təşkilatı Bəxtiyar Hacıyevi azad etməyə çağırıb


Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

«Sərhədsiz reportyorlar» təşkilatı Azərbaycan hakimiyyətini gənc fəal və bloqqer Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.
Təşkilatın məlumatında deyilir ki, dekabrın 29-da Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev Bəxtiyar Hacıyevi şərti olaraq vaxtından əvvəl buraxmaqdan imtina edib. Ancaq onun cəza müdətinin üçdə bir hissəsi bitib:
«Bloqqerin vəkili İntiqam Əliyev hesab edir ki, hakimin bu qərarının heç bir əsası yoxdur və siyasi xarakter daşıyır».
Məlumatda bildirilir ki, «Bəxtiyar Hacıyevin təqib olunmasının əsas səbəbi gəncləri martda Bakıda keçirilən etiraz aksiyalarında iştiraka çağırması olub».
Bəxtiyar Hacıyev ordudan xidmətdən yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib. O həbsinin siyasi sifarişli olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG