Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:34

Keşişlər sərxoş sürücülərə qarşı


Arxiv foto
Arxiv foto

Krasnodarda dini xadimlər yol polisi ilə birgə reyd keçirir

Krasnodar kilsələrində qeyri-adi dini mərasimlər keçirilir. Yeni il və milad bayramları münasibətilə Rusiya vilayətində xüsusi antialkoqol ibadətləri təşkil olunub.

Kampaniyanın digər komponenti – keşişlərin yol polisi ilə birlikdə yol kənarına çıxmasıdır. Bu gündən etibarən Krasnodarda avtomüfəttişlər dini xadimlərlə birlikdə iş başına çıxıblar.

İş orasındadır ki, qadağalara baxmayaraq, hələ də bayram tətilində sürücülər sərxoş halda yola çıxırlar. Yol polisi bu cür sürücüləri saxlayıb cərimə edir, keşiş isə onların ruhuna müraciət edib ağıllı olmağa çağırır. Saxlanılan sürücü ayıq olarsa, keşiş ona təşəkkür edir, gələcəkdə araqdan uzaq durmağı məsləhət görür və xeyir-dua verərək yola salır.

Rusiyanın NTV telekanalının məlumatına görə, İsa Məsihin kilsəsinin baş keşişi Aleksandr Ata bu günlərdə kilsədə sərxoşluğa qarşı ibadət təşkil olunacağını deyir:

“Biz ancaq öz şəhərimiz üçün yox, bütün ölkəmiz üçün dua edirik. Düzdür, dualarla sərxoş adamın qəza törətməsinin qarşısını almaq olmaz. Ona görə biz həm kilsədə, həm də yollarda profilaktiki iş aparırıq”.

Yola çıxan keşişlər isə sərxoş sürücülərlə söhbət edir, onların tövbə etməsinə imkan yaradırlar. Saxlanılan hər bir sürücüyə söhbətin sonunda yolçuların himayədarı sayılan müqəddəsin təsviri olan ikona bağışlanır. İkonanın digər üzündə hər səyahətdən əvvəl oxunması məsləhət görülən dua yazılıb.

Ötən ilin yanvarında Krasnodarda hər gün azı 10 sərxoş sürücü saxlanılmışdı. Rusiya qanunlarına görə, içkili halda sükan arxasına keçənləri yüksək miqdarda cərimədən tutmuş 2 illiyinə sürücülük vəsiqəsindən məhrumetməyə qədər ciddi cəzalar gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG