Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Taliban ABŞ-la ilkin razılığa gəldiyini bildirib


Bu gün Taliban Qətərdə təmas bürosunun açılması ilə bağlı ABŞ-la ilkin razılığa gəldiyini təsdiq edib.

Talibanın bəyanatında deyilir ki, “biz indi Əfqanıstandan kənarda siyasi büro açmağa hazırıq. Eyni zamanda, ölkə daxilində beynəlxalq ictimaiyyətlə danışıqlar aparmaq əzmimizi də saxlayırıq. Bu baxımdan Qətər və digər aidiyyatı tərəflərlə razılıq əldə etmişik”.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland sözügedən razılığın əldə olunmasını təsdiqləməsə də bildirib ki, ABŞ prosesdə rol oynamaq niyyətindədir:

“Bizim hər hansı rəsmi qərar və ya hər hansı rəsmi bəyanat barədə məlumatımız yoxdur. Ancaq biz əfqanların təqdir etdiyi bir prosesə dəstək verməyə hazırıq. Hər hansı ofisə gəlincə, bu, həmin ofisin açılacağı ölkənin, əfqanların və Talibanın razılaşmasından asılıdır”.
XS
SM
MD
LG