Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Məşhur dissident yazıçı vəfat etdi


Josef Skvorecky
Josef Skvorecky
Məşhur dissident, çex yazıçısı Josef Škvorecký 87 yaşında Kanadada vəfat edib.

O, həyat yoldaşı ilə birlikdə Çexoslovakiyadan 1968-ci ildə - sovet qoşunları ölkəyə yeridiləndən sonra qaçmışdı.

Dissidentin həyat yoldaşı, aktrisa və yazıçı Zdena Salivarova CBC News-a deyib ki, ölümün səbəbi xərçəng xəstəliyidir.

Josef Škvorecký 1924-cü ildə anadan olub. Fəlsəfə elmləri namizədi elmi adını qazanıb.

1950-60-cı illərdə bir neçə roman yazıb, amma kəskin satiralı və qroteskli həmin əsərlərin heç biri Çexoslovakiyanın sovetyönümlü rejiminin senzurasından keçməyib. Bundan başqa Škvorecký ölkədə liberal islahatlara nail olmaq üçün başlanan dissident hərəkatının fəallarından olub.

“Washington Post” yazır ki, mühacir kimi Torontoda yaşamağa başlayandan sonra Škvorecký “68 Nəşriyyatı”nı yaradıb.

Nəşriyyat çex və slovak yazıçılarının qadağan edilmiş əsərlərini çap edib.

Bunlar arasında Milan Kundera və Vaslav Havel kimi tanınmış yazıçıların əsərləri də olub.

(Havel də bu yaxınlarda vəfat edib).

Nəşriyyatda Škvorecký-nin özünün “İnsan ürəkləri üzrə mühəndis” və “Ağciyərlər” kimi əsərləri də çap edilib.

Onun əsərlərindəki əsas temalar totalitarizmin dəhşətləri, mühacir həyatıdır.

1990-cı ildə təqaüdə çıxanacan Škvorecký Toronto Universitetində çalışıb. Eyni zamanda “Amerikanın səsi” radiostansiyasında ədəbiyyat verilişinin aparıcısı olub.
XS
SM
MD
LG