Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

AZAL Londona uçuşları ucuzlaşdırdı


«Azərbaycan Hava Yolları» (AZAL) Bakı-London aviareysinə biletləri ucuzlaşdırıb.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, AZAL-ın keçirdiyi aksiya çərçivəsində Bakı-London-Bakı istiqamətində bir aviabiletin minimal qiyməti təxminən 17% ucuzlaşıb.

Əgər bundan öncə sözügedən marşrut üzrə bir biletin minimal qiyməti 540 manat təşkil edirdisə, hazırda Bakı-London-Bakı aviareysinə aviabiletin qiyməti 450 manata endirilib: «Qiymətə bütün hava limanı və digər yığımlar daxildir. Bu aksiya cari ilin mayın 15-dək olan uçuşlara şamil edilir».

AZAL Bakıdan Londona uçuşları hər həftənin II, IV və VI günləri yerinə yetirir.

Bundan öncə Bakı-London marşrutu üzrə uçuşları yerinə yetirən Böyük Britaniyanın «British Midland International» (BMI) aviaşirkəti də sözügedən istiqamətə aviabiletin qiymətlərini aşağı salıb.

BMI Bakı-London-Bakı aviareysinə bir biletin qiymətini əvvəllər 1 100 manata satırdısa, hazırda bu marşrut üzrə aviabiletin qiyməti 523 manat təşkil edir. Endirimli aviabiletlər 2012-ci ilin yanvarın 31-dək alınmalı, uçuşlar isə may ayının 31-dək yerinə yetirilməlidir.
XS
SM
MD
LG