Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:52

Ekstremizmdə ittiham olunan 5 nəfər saxlanıb


Düşənbədə ekstremizmdə ittiham olunan 5 nəfər saxlanıb.

Hakimiyyət orqanlarının verdiyi məlumata görə, onlar hamısı qadağan olunmuş dini “Hizbu-Təhrir” qruplaşmasının üzvləridir. Onlardan vərəqələr, disklər, ekstremist əhval-ruhiyyəli ədəbiyyat götürülüb.

“Hizbu-Təhrir” qruplaşması 1953-cü ildə yaradılıb. Onların tərəfdarları Orta Asiyada vahid islam dövləti yaratmağa çağırır. Rusiya və digər MDB ölkələrində bu təşkilat terrorçu təşkilat sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG