Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:31

ABŞ Tehranın hədələrinə baxmayaraq gəmilərini İran körfəzinə göndərəcək


ABŞ Tehranın hədə-qorxularına baxmayaraq bundan sonra da təyyarədaşiyan gəmilərini İran körfəzinə göndərməyə davam edəcək. Pentaqonun sözçüsü yanvarın 3-də deyib ki, çevik zərbə qüvvələri olan bu gəmilər bölgədəki müttəfiqlərin təhlükəsizliyinin qorunması baxımından böyük önəm daşıyır.

Günün əvvəlində Tehran Yaxın Şərq sularında dolanan ABŞ təyyarədaşıyan kreyserinə xəbərdarlıq edib ki, bir daha İran körfəzinə geri qayıtmasın, yoxsa, axırı pis olar. İran rəsmiləri hansı gəmidən söhbət getdiyini və geri qayıdarsa, hansı tədbirlər görəcəklərini açıqlamırlar. Amma bunun son xəbərdarlıq olduğunu vurğulayıblar.

Yanvarın 2-də İran Hörmüz boğazı yaxınlığında qısa və orta mənzilli raketləri sınaqdan keçirib. Bundan öncə isə, İrana qarşı sanksiyalar qoyulacağı halda Hörmuz boğazını bağlamaqla hədələmişdilər.

ABŞ isə İranda gəmilərin hərəkətinə mane olacaq istənilən addımın qarşısını alacağını bildirib.
XS
SM
MD
LG