Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

Macarıstan Türkmənistana çevrilir?


Yanvarın 2-də Budapeştdə keçirilən Baş nazir əleyhinə etiraz aksiyası. Aksiya iştirakçılarından biri bu baş nazirə görə Avropadan üzr istəyən şüar tutub.

Yanvarın 2-də Budapeştdə keçirilən Baş nazir əleyhinə etiraz aksiyası. Aksiya iştirakçılarından biri bu baş nazirə görə Avropadan üzr istəyən şüar tutub.

On minlərlə insan yanvarın 2-də Macarıstan paytaxtı Budapeştin küçələrinə çıxaraq Konstitusiya dəyişikliklərinə etiraz ediblər. Onlar bildiriblər ki, dəyişikliklər ölkəni demokratik inkişaf yolundan geri döndərməyə yönəlib.

Etirazçıların hədəfi baş nazir Viktor Orbanddır

Orbanın partiyası parlamentin üçdə-ikisinə nəzarət etdiyi üçün istədiyi qanunu keçirə bilir və son vaxtlar məhkəmə sistemi, mərkəzi bank və media üzərində nəzarəti gücləndirib.

Aksiyaçilar “Orban rədd ol!” şüarları qışqırıblar. Aksiya dövlət operasının binası önündə keçirilib. Orada baş nazirin “Fidesz” Partiyası tədbir düzənləyibmiş.

Etirazçılar Orbani həm də “Viktator” adlandırıblar. Onlar bununla NATO və Avropa Birliyinin üzvü olan Macarıstanın diktaturaya sürükləndiyinə işarə edirlər.

Etirazçılardan biri – həmkar təşkilatının sədri Kornel Arok deyib ki, Konstitusiya dəyişiklikləri Macarıstanı bir partiyalı sistemə aparır.

Yanvarın 1-dən qüvvəyə minən Konstitusiya dəyişiklikləri Macarıstanın Qərbdəki müttəfiqlərinin də narazılığına səbəb olub.

Orban Milli Bankın prezidentinin müstəqilliyini məhdudlaşdıran, bunun əvəzində isə hökumətin təyin etdiyi Monetar Şuraya daha çox səlahiyyət verən qanun layihəsini müzakirəyə çıxaranda Avropa Komissiyasının prezidenti Jose Barroso buna qarşı çıxaraq dəyişikliyin qəbul edilməməsinə çağırmışdı. Amma Orban bu çağırışı qulaqardına vurmuşdu.

HAKİMLƏR ERKƏN TƏQAÜDƏ GÖNDƏRİLİB

Bundan başqa, hökumət xeyli sayda hakimi erkən təqaüdə göndərib. İndi hakimləri
əvəzləmək səlahiyyəti bir nəfərin əlindədir - hakim Tunde Hando-nun əlində. O isə Orbanın “Fidesz” Partiyasının Avropa Parlamentindəki nümayəndəsinin həyat yoldaşıdır.

Tənqidçilər bu addımları hökumətin məhkəmə sistemini müstəqillikdən məhrum etmək, onu nəzarətə almaq planı kimi yozurlar.

Bundan başqa, hökumət Media Şurasına nəzarəti gücləndirərək populyar müxalifət radiosu olan Klubradio-nu tezlikdən məhrum edib, həmin tezlikdə yayınlanmaq haqqını isə başqa şirkətə verib.

İndi bir çox media orqanlarındakı jurnalistlər gileylənirlər ki, onlar hökumətyönlü redaktorların təzyiqinə məruz qalırlar. Redaktorlar baş nazirə yönələn tənqidləri “qayçılayırlar”.

Vəziyyət o yerə çatıb ki, ötən həftə ABŞ-ın dövlət katibi Hillary Clinton Macarıstan rəhbərliyinə məktub yazaraq Washington-un “ciddi və əsaslı narahatlıqlarını” çatdırıb.

Hakimiyyətə anti-kommunist kimi gələn Orban deyir ki, dəyişikliklər ölkənin “tam funksional demokratiyaya keçidi” üçün vacibdir.

Amma bəziləri hesab edir ki, baş nazir dəyişikliklərdən istifadə edərək özünün rəhbər tutduğu dəyərləri cəmiyyətə sırımaq istəyir.

Macarıstan dövlətinin adında da dəyişiklik edilib.

“Macarıstan Respublikası” sadəcə, “Macarıstan” olub

Bundan başqa, xristianlıq dəyərləri qabardılır. Ölkədə rəsmi səviyyədə tanınmış din, məzhəb və təriqətlərin sayı isə 300-dən 14-ə endirilib. Dəyişikliklərə görə, hər hansı icma rəsmi tanınmaq üçün Macarıstanda ən azı 20 il fəaliyyət göstərməlidir.

Tənqidçilər narahatdırlar ki, bu dəyişikliklərin ömrü uzun ola bilər. Çünki parlamentdə Konstitusiya dəyişiklərini keçirmək üçün lazım olan 3-də 2 səs çoxluğunu hər partiya
Viktor Orban

Viktor Orban

qazana bilmir və Orban parlament çoxluğunu itirəndən sonra da indi qüvvəyə minmiş dəyişiklikləri ləğv etmək onilliklər də çəkə bilər.

Orban seçkilərdə qələbəni 2010-cu ildə qazanmışdı. Seçkini böyük səs çoxluğu ilə udması onun 1 milyon yeni iş yeri yaratmaq vədi ilə bağlı idi.

Amma bu vəd hələ ki yerinə yetirilməyib və iqtisadiyyat əksinə geriləyir.

Bir müddət əvvəl “Moody” reytinq agentliyi Macarıstanın reytinqini aşağı salmışdı.

Bu o deməkdir ki, sərmayəçilər Macarıstanın öz gələcək borclarını ödəmək qabiliyyətində olmasına inamlarını itiriblər.

İqtisadi vəziyyət pisləşdikcə, Macarıstanın Avropa Birliyi və Beynəlxalq Valyuta Fonduna ehtiyacı da artır. Amma hər iki qurum Macarıstana boyük kredit verilməsi ilə bağlı danışıqları dayandırıblar. Əsas səbəb də Macarıstan Milli Bankının rəhbərinin müstəqilliyinin məhdudlaşdırılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG