Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Macarıstanda hakim partiya əleyhinə nümayiş keçirilir


Budapeştdə on minlərlə Macarıstan vətəndaşı hakim partiyanın əleyhinə nümayiş keçirib. Mitinq iştirakçıları Baş nazir Viktor Orban və partiyasının yeni Konstitusiyanın qüvvəyə minməsini bayram etməsinə qəzəbləniblər.

Aksiya iştirakçıları Orbanı yeni Konstitusiya qəbul etməklə ölkə demokratiyasını sarsıtmaqda, hakimiyyəti uzun müddətə mənimsəmək və diktatura qurmaq cəhdində ittiham edirlər. Etirazçılar Baş naziri “Viktator” adlandırıblar.

Hakim partiya isə yeni Konstitusiyanın Avropa dəyərlərinə zidd olmadığını iddia edir.
XS
SM
MD
LG