Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Prokuror Misirin eks-prezidentini "tiran"lıqda ittiham edir


Dövlət ittihamçısı Misirin keçmiş prezidenti Hosni Mubaraki 30 il boyunca ölkəni tiran kimi idarə etməkdə ittiham edib. Hosni Mubarakin məhkəməsində yanvarın 3-də prokurorlar ittihamları oxumağa başlayıblar. Avqust ayından başlanan məhkəmədə eks-prezident Mubarak 2 oğlu, keçmiş Daxili İşlər Naziri və 6 nəfər başqa rəsmi ilə birlikdə 2011-ci ilin fevral ayında 800-dən çox etirazçının qətlinə əmr verməkdə, korrupsiyada və başqa dövləti cinayətlərdə ittiham edilirlər.

Müttəhimlər ittihamlar qəbul eləmir. Məhkəmə prosesinə xərəkdə gətirilən Mubarakin sağlamlığı imkan vermədiyindən ittiham aktının 1 saat oxunmasından sonra prosesin sabah davam etdirilməsi qərara alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG