Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:09

Türkiyə səhvən terrorçu sanıb öldürülənlərə kompensasiya ödəyir


Türkiyə İraqla sərhəddə səhvən F16 təyyarələri ilə terrorçu sanılıb bombalanan 35 dinc sakinin ailələrinə kompensasiya ödəyəcək. Baş nazirin müavini Bulent Arinc deyib ki, kompensasiya yaxın günlərdə veriləcək.

Ötən həftə pilotsuz kəşfiyyat təyyarələrindən gələn məlumatlara əsasən sərhəddə qaçaqmalçılıq edən 35 nəfərlik qrup bombalanmışdı. Həlak olanların arasında uşaqlar da var.

Türkiyə rəsmiləri baş verənlərə görə üzr istəyib və araşdırma aparır.
XS
SM
MD
LG