Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:14

“Eurovision”la bağlı “Müasir Azərbaycan” fotomüsabiqəsi keçirilir


Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar “Müasir Azərbaycan” fotomüsabiqəsi keçirilir. APA-nın məlumatına görə, müsabiqə “Eurovision Song Contest Bakı – 2012” ilə bağlı Facebook sosial şəbəkəsində yaradılan rəsmi səhifədə elan edilib. Artıq müsabiqə üçün müxtəlif fotoqraflar tərəfindən fotolar təqdim olunub.

"Eurovision Mahnı Müsabiqəsi-2012" işçi qrupunun Facebook rəsmi milli səhifəsində elan edilən müsabiqəyə Bakının və müasir Azərbaycan sakinlərinin həyatından maraqlı kadrlar təqdim oluna bilər. Azərbaycan və "Eurovision-2012"yə ev sahibliyi edəcək Bakının və onun sakinlərinin müasirliyini əks etdirən fotolar qısa şərhlə birlikdə (fotodakı mənzərənin vəsfi) editor.eurovision.az@gmail.com email ünvanına göndərilməlidir.

Göndərilmiş foto və ona yazılmış qısa şərh Facebook səhifəsində yerləşdiriləcək. İstifadəçilərin daha çox səsini toplayan fotonun müəllifi mükafatlandırılacaq.

Müsabiqə 2012-ci il yanvarın 15-dək davam edir.
XS
SM
MD
LG