Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

“Luvr” – dünyanın ən çox ziyarət edilən muzeyi statusunu qorudu


Miloslu Venera

Miloslu Venera

Fransa paytaxtı Parisdə yerləşən “Luvr” muzeyi dünyanın ən çox ziyarət edilən muzeyi statusunu qoruyub.

2011-ci ildə muzeydə 8 milyon 800 min (!) ziyarətçi olub.

Dünya muzeylərinin reytinqini Britaniyanın nüfuzlu “The Art” jurnalı tərtib edib.

“Luvr”u ziyarət edənlərin çoxu Amerika, Braziliya, Avstraliya və Çin vətəndaşlarıdır.

İkinci yerdə Britaniya muzeyi qərarlaşıb (6 milyon ziyarətçi).

New York-un “Metropoliten” muzeyi isə ildə 5 milyon 200 min ziyarətçi ilə üçüncüdür.

Muzeyin ən məşhur eksponatları: Hammurapinin qanunlar toplusu, Miloslu Venera heykəli, Leonardo da Vinçinin “Mona Liza”sı...

Mona Liza

Mona Liza

XS
SM
MD
LG