Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Santa geyimində olan oğlanı “Sən kafirsən” qışqırıqları ilə bıçaqlayıblar

Düşənbədə Şaxta Baba kostyumu geyinmiş adam kafirlikdə ittiham olunaraq dindar insanlar tərəfindən öldürülüb. Bu haqda “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, 24 yaşlı Pərviz Dövlətbəyov öz qohumlarını təbrik etmək üçün Santa Klaus qiyafəsində qonaq gedirmiş. Lakin getdiyi binanın girişində 30 nəfərə yaxın dindar insan ona hücum edib. “Sən kafirsən” qışqıranlar gənc oğlanı hər tərəfdən əhatəyə alaraq onu bıçaqlayıblar. Pərviz xəstəxanaya çatdırılsa da, bıçaq yaraları çox və dərin olduğundan, onu xilas etmək mümkün olmayıb.

Lakin Tacikistan Daxili İşlər Nazirliyinin qərargah rəisi, general Tohir Normatov qətlin məişət zəminində törədildiyini deyib:

“Hələlik biz bu hadisəyə dini zəmində törədilən qətl kimi baxmırıq”.

Artıq Pərviz Dövlətbəyovun qətlində şübhəli bilinən üç tələbə saxlanılıb
.
Bir neçə gün öncə, dekabrın 30-da Üləma Şurasının başçısı Saidmukarram Abdukodirzoda bəyan etmişdi ki, Yeni İl ərəfəsində yolka bəzədilməsi, onun ətrafında əylənib rəqs edilməsi tacik mədəniyyətinə uyğun deyil, həm də İslam qanunlarına qarşıdır.

Buna baxmayaraq, Tacikistanda Yeni ilin gəlişi rəsmi şəkildə qeyd edilir. Düşənbənin mərkəzi meydanları yolkalarla bəzədilir, məktəb və uşaq bağçalarında Şaxta Babanın iştirakı ilə bayram tədbirləri keçirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG